AB Rusiya lideri Putinin açıqlamalarına CAVAB VERDİ: Gərginlik artır- Yeni sanksiyalar paketi gəlirbackend

AB Rusiya lideri Putinin açıqlamalarına CAVAB VERDİ: Gərginlik artır- Yeni sanksiyalar paketi gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel BMT Baş Assambleyası üçün Nyu-Yorkda olan Aİ ölkələrinin xarici işlər nazirlərini növbədənkənar və xüsusi iclasa çağırıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, görüşün sonunda açıqlamalar verən Borrell toplantının bir hissəsinə Ukrayna xarici işlər naziri Dmitro Kulebanın da qatıldığını və son hadisələrlə bağlı məlumat paylaşdığını bildirib.

“Putinin Ukraynanı məhv etməyə çalışması çox aydındır. Hərbi cəhətdən uğursuzluğa düçar olduğu üçün o, müxtəlif yollarla bütün ölkəni məhv etməyə çalışır”, – Borrell deyib.

Rusiyada qismən səfərbərlik elan edildiyini və işğal altındakı Ukrayna ərazisində qeyri-qanuni referendumun planlaşdırıldığını xatırladan Borrell Rusiyanın kütləvi qırğın silahlarından, xüsusən də nüvə silahından istifadə etməklə hədələdiyini də vurğulayıb.

Borrell qeyd edib ki, Rusiyanın addımları bütün dünyada sülh və təhlükəsizliyi təhdid edir: “Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər dərhal təklif olunacaq. Bu sanksiyaları digər tərəfdaşlarla koordinasiyalı şəkildə hazırlanacaq”.

Ukraynanın özünümüdafiə hüququndan istifadə etdiyini xatırladan Borrell ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində işğal olunmuş torpaqları xilas edə biləcəyini bildirib.O, lazım olduğu müddətcə Ukraynaya hərbi yardım edəcəklərini açıqlayıb.

Borrell Rusiyanın son açıqlamalarının Ukraynaya verəcəkləri dəstəyi dəyişməyəcəyini vurğulayıb. Rusiyaya qarşı yeni sanksiyalar təyin edəcəklərini vurğulayan Borrell, “Həm şəxsi, həm də sektoral yeni məhdudlaşdırıcı tədbirlər görəcəyik”,- dedi.

Rusiya iqtisadiyyatının yeni hissələrinə təsir edəcək sanksiya paketi üzərində çalışacaqlarını açıqlayan Borrell, yeni sanksiyaların texnologiya sahəsini və yeni insanları əhatə edəcəyini bildirib.

//Gülnarə Abasova, Editor.az