ABD Maliki verilişdə pərt etdilər – VİDEObackend

ABD Maliki verilişdə pərt etdilər – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş “Dəyirman” rep qrupunun üzvü ABD Malik Kələntərli pərt olub. 

Editor.az  Bizim.Media-ya istinadla xəbər verir ki, sənətçinin qonaq olduğu “Səhər mərkəzi” verilişində səs rejissorunun səhvi ucbatından efirə öz fonoqramması deyil, digər qonağın – müğənni Mədinə Məlikin mahnısı verilib.

Bu anda isə həm Malik, həm də səhər şousunun aparıcıları Afaq Gəncəli ilə Tural Əsədov çaş-baş qalıb.

Malik üz ifadəsi ilə səsləndirilən mahnının ona aid olmadığını aparıcılara bildirib. Daha sonra isə mahnı yarıdan kəsilərək, Kələntərlinin fonoqramı efirə verilib.