20 ildən sonra ABŞ-ın ən çox silah aldığı bölgə Yaxın Şərq deyil, Avropa oldu.
Editor.az Financial Times qəzetinə istinadla xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) məlumat yayıb. Eyni zamanda, Səudiyyə Ərəbistanı bütün ölkələr arasında ABŞ-dan ən çox silah alan ölkə olub.
FT-nin məlumatına görə, Ukraynadakı silahlı münaqişə səbəbindən Avropa ölkələrinin ABŞ-dan silah idxalı 2020-2024-cü illər arasında əvvəlki beş illə müqayisədə iki dəfədən çox artıb. Həmçinin 2015-2019-cu illər arasında ABŞ-ın Avropa ölkələrinə hərbi idxalda payının 52 faizdən 64 faizə yüksəldiyi bildirilir.
//Gülnarə Abasova, Editor.az