Abdullahian Moskvada niyə şirə dönmüşdü?backend

Abdullahian Moskvada niyə şirə dönmüşdü?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana təzyiq üçün absurd ittihamlarını davam etdirən İran, artıq bütün sərhədləri aşmağa başlayıb.

Moskvada səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyanın “Rossiya 24” kanalına müsahibəsində açıq-aşkar Azərbaycanın ünvanına şər-böhtan söyləyib. Nazir bir daha Azərbaycan ərazisində “terrorçuların və sionistlərin” mövcud olduğunu iddia edib. Hələ bu da azmış kimi, guya Azərbaycanın bu “faktı” etiraf etdiyinə eyham vurub: “Biz, orada Qarabağdakı müharibə zamanı peyda olan terrorçuların mövcudluğunu qeyd edirik. Rəsmi danışıqlarda Azərbaycan nümayəndələri bizə vəd etdilər ki, regionun terrorçulardan təmizlənməsi üçün tədbirlər görəcəklər…”

İranlı nazirin Azərbaycanın adından danışdığı bu yalana, şərə hələlik rəsmi Bakı münasibət bildirməyib. Lakin nəzərə alsaq ki, Abdullahian hər gün absurd ittihamlarına daha yenilərini əlavə edir, hardasa Azərbaycan XİN-i də başa düşmək olar. Çünki artıq İranın Azərbaycana yönələn, hər gün təkrarlanan və təzələnən qeyri-ciddi ittihamlarına cavab vermək də getdikcə mənasını itirir.

Yaxşı olardı ki, Abdullahian hansısa mücərrəd görüşdən və Azərbaycan nümayəndələrindən danışarkən, konkret adlar və vaxt göstərəydi. Nə zaman olub bu görüş və kim guya Azərbaycan ərazisində olan terrorçuların təmizlənməsinə çalışacaqlarını vəd edib? Hansı ağlı başında olan dövlət, hökumət nümayəndəsi ölkədə olmayan şey barədə kiməsə söz verər?

İranlı nazir, əslində, bununla sanki Azərbaycanın boynuna qoymaq istəyir ki, guya ölkəmiz, ərazisində terrorçular olduğunu etiraf edir və Abdullahian da özündən olsa, bu yolla dahi bir diplomatik gediş edir. Ancaq istər İran, istərsə də regionun istənilən iti, pişiyi də bilir ki, Azərbaycanda terrorçu-filan yoxdur və olmayıb! Doğrudur, 30 ilə yaxın müddətdə İranla sərhəddə terrorçu və separatçı rejimin tör-töküntüləri olub. İran rejimi də bundan geninə-boluna istifadə edib və erməni terrorçu qardaşları ilə hər cür ticarətlər qurub. Lakin Azərbaycan 44 günlük müharibə dövründə həmin terrorçuları da, İranın bu ərazidəki çirkin maraqlarını da ərazilərimizdən süpürüb atdı! Elə İrandakı hakim rejimin müharibənin qələbəmizlə bitdiyi gündən bu yana içinə dolan sancı da bununla bağlıdır.

Hər halda, Azərbaycan XİN Abdullahianın bu son şər-böhtanına cavab verməli və iranlı nazirdən izahat tələb etməlidir. /AzPolitika.info