Abdullahiyan SEPAH üzvü olub, hazırda Bəsici təmsil edir – FOTObackend

Abdullahiyan SEPAH üzvü olub, hazırda Bəsici təmsil edir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, mayın 7-də İranın Xarici İşlər Nazirliyinin saytına haker hücumları olub.

Hücum nəticəsində məlum olub ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan SEPAH və onun Qüds qanadının köhnə üzvlərindən biri olub. O hazırda radikal və yarıhərbi Bəsic qüvvələrinin fəal üzvüdür.

Haker hücumundan sonra XİN saytına bir neçə saatlığa giriş mümkün olmayıb. Məlum qalmaqalla bağlı xəbəri XİN-in sözçüsü Nasir Kənani təsdiqləyib.

Hakerlər isə hücuma dair yaydıqları məlumatda XİN-in 11 min işçisi və İranın xaricdə fəaliyyət göstərən diplomatları haqda məlumatları ələ keçirdiklərini bildiriblər.

Haker qrupunun iddiasına görə, İranın Xarici İşlər Nazirliyinin 210 saytı və sistemi kiberhücum nəticəsində istifadəsiz vəziyyətə salınıb.

“Azad İran” teleqram kanalı isə yazır ki, Xarici İşlər Nazirliyinin Bəsic Müqavimət Mərkəzinin bazalarının Mərkəzi Şura üzvləri, müşavirləri və komandirlərinin siyahısı, Xarici İşlər Nazirliyindəki “Kərbəla” Bəsic Təşkilatının siyahısı ələ keçirilən sənədlər arasındadır: “Qrup, Xarici İşlər Nazirliyinin məsul şəxslərinin telefon nömrələri, habelə onların sərəncamında olan avtomobillərin siyahısı, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin pasportunun şəkli, Hüseyn Əmirabdullahyanın Bəsic təşkilatında üzvlük kartının fotolarını yayıb”.

Qeyd edək ki, İranda mühüm və həssas infrastrukturlara kiberhücumlar son illərdə əhəmiyyətli dərəcədə artıb.

Xatırladaq ki, hücumdan sonra XİN-nin rəsmi saytlarına “Xameneyiyə ölüm olsun” şüarı da yazılmışdı.

Musavat