Abituriyentlərin NƏZƏRİNƏ: Yeni ixtisaslar yaradılacaq – VİDEObackend

Abituriyentlərin NƏZƏRİNƏ: Yeni ixtisaslar yaradılacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil İnstitutu hazırda hansı ixtisaslara ehtiyac olduğunu araşdırır. Növbəti illərdən ali məktəblərin proqramlarına yeni ixtisaslar daxil ola bilər. Müzakirə olunan  digər bir məsələ  bəzi müəllimlərə ”təhsil eksperti” statusunun verilməsi ilə bağlıdır.  Bu prosses necə olacaq ? Bu gün keçirilən brifinqdə aydınlıq gətirilib.

Editor.az Xəzər TV-yə istinadən xəbər verir ki, növbəti illərdə dövrün tələblərinə uyğun olaraq ali təhsil ocaqlarında yeni ixtisaslar yaradıla bilər. Bunu ”Xəzər Xəbər”ə müsahibəsində Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib. O bildirib ki, artıq bu istiqamətdə magistatura səviyyəsində bir sıra proqramlar dəstəklənib. Hazırda institut hansı ixtisaslara ehtiyac olduğunu araşdırır. Həmçinin gələcəkdə əvvəlki bir sıra ixtisasların proqramları tam yenilənə bilər.

Bundan başqa, peşəkar inkişafın bir hissəsi olaraq gələcəkdə müəllimlərə təhsil eksperti adının verilməsi də nəzərdə tutulur. Artıq institut bu istiqamətdə dünya təcrübəsini öyrənir

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib ki, məqsəd təhsil ekspertlərinin sayını azaltmaq yox, əksinə çoxaltmaq və bu sahədə rəqabət yaratmaqdır.