Abort etdirən qadın 30 il müddətinə azadlıqdan məhrum edilibbackend

Abort etdirən qadın 30 il müddətinə azadlıqdan məhrum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

El Salvadorda hamiləlikdən çətinlik çəkdiyi üçün abort etdirən qadına 30 il həbs cəzası verilib.

Editor.azhaberler.com” a istinadən xəbər verir ki, açıqlamada bildirilib ki, qadın 2019-cu ildə hamilə olarkən  səhhətində yaranan problemlə əlaqədar dövlət xəstəxanasına müraciət edib və iki ildir ki, artıq o, cinayətdə ittiham edilərək nəzarətdə saxlanılır.

Qadının hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatı səhhətində problem varsa, abort etdirməyin cinayət işi sayılmaması lazım olduğunu bildirib.

Qeyd edək ki, 1998-ci ildə qəbul edilmiş qanuna əsasən, El Salvadorda abort qanunsuzdur. İnsan hüquqlarını qoruyan təşkilatlar qadınlar və yeni doğulan körpələr arasında ölüm hallarının baş verməsinə görə qanuna etiraz edir. İndiyədək qanun tələbinə görə çox sayda qadın həbs edilib.

//Nəzərbəy, Editor.az