Abramoviç Kiyev-Moskva yolunda: “Ona de ki, mən onları MƏHV EDƏCƏM”backend

Abramoviç Kiyev-Moskva yolunda: “Ona de ki, mən onları MƏHV EDƏCƏM”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı oliqarx Roman Abramoviç Ukrayna prezidenti Volodimir Zelenskinin Vladimir Putin üçün hazırladığı notanı təhvil alaraq Rusiyaya uçub. İddialara görə, Ukrayna prezidenti Kiyevdən sülh şərtlərini təhvil verib.

Bu barədə “The Times” yazır.

Qeyd olunur ki, Abramoviç Zelenski ilə Putin arasında vasitəçi kimi Türkiyə, Rusiya və Ukrayna arasında hərəkət edib. Rusiyalı oliqarx İstanbulda Ukrayna danışıqlar qrupunun üzvü Rüstəm Umerov və Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalınla görüşüb.

“Görünür, onlar bu həftə davam etdirilməli olan gələcək üzbəüz danışıqlarda irəliləyiş əldə ediblər”, – qəzet yazır.

Ərdoğanın sözçüsü Krımın və Donbasın 1891-ci ildən 1997-ci ilədək Böyük Britaniyadan Honq-Konq kimi Moskvadan “uzunmüddətli icarəyə” götürülə biləcəyi fikrini irəli sürüb.

Eyni zamanda nəşr yazır ki, Abramoviç və Umerov Polşa vasitəsilə Kiyevə gəlib və orada Zelenski ilə görüşüblər.

İddialara görə, Ukrayna prezidenti Abramoviçdən Putinə Kiyevdən sülh şərtləri olan nota verib. Buna Rusiya Federasiyasının prezidenti belə cavab verib: “Ona de ki, mən onları məhv edəcəm”.

UNIAN-ın daha əvvəl xəbər yaydığı məlumata görə, Ukrayna prezidenti Co Baydendən Abramoviçə qarşı sanksiyalar tətbiq etməməyi xahiş edib, çünki o, Kiyev və Moskva arasında sülh danışıqlarına töhfə verə bilər.

Polşalı jurnalist Yakub Staxovyak bildirib ki, rusiyalı oliqarx Roman Abramoviç, ehtimal ki, ABŞ prezidenti Co Baydenlə danışıqlar aparmaq üçün Polşaya gəlib .

Publika.az