Abramoviç Türkiyəyə sığınırbackend

Abramoviç Türkiyəyə sığınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki həftədən artıq Karib adalarından təhlükəsiz yurisdiksiyaya daşınan rusiyalı oliqarx Roman Abramoviçin “Eclipse” yaxtası Türkiyəyə gətirilir.
Bu barədə Editor.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir.

Dəyəri təxminən yarım milyard dollar olan 160 metrlik “Eclipse” superyaxtası martın 4-də Karib dənizindəki Sent-Martin adasını tərk edib və Yunanıstanın Krit adasından keçməklə martın 12-də Avropaya çatıb. Gəmi martın 21-də Türkiyə sahillərinə çata bilər.

Reuters agentliyinin məlumatına görə, Abramoviçin sanksiyalardan xilas edilən “Solaris” adlı digər yaxtası da Barselona limanından Monteneqroya, oradan da Türkiyəyə gəlib.