ABŞ 100-ə yaxın ölkəyə gömrük rüsumları tətbiq edəcəkbackend

ABŞ 100-ə yaxın ölkəyə gömrük rüsumları tətbiq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqtonla xoş niyyətlə ticarət danışıqları aparan ölkələrə 10 faizlik gömrük rüsumu tətbiq ediləcək. O, bu barədə Bloomberg TV-yə açıqlamasında danışıb.

Nazirin sözlərinə görə, Prezident Donald Tramp müttəfiq və əməkdaşlıq ruhu nümayiş etdirən ölkələri daha əlverişli ticarət şərtləri ilə “mükafatlandırmaq” niyyətindədir. “Düşünürəm ki, 100-ə yaxın ölkə bu minimal 10 faizlik rüsumla üzləşəcək və sonra prosesin necə inkişaf etdiyini müşahidə edəcəyik”, – deyə Bessent qeyd edib.

O həmçinin vurğulayıb ki, iyulun 9-dək ABŞ-ın müxtəlif ölkələrlə yeni ticarət razılaşmaları imzalayacağı gözlənilir.

//Samir Qurbanov, Editor.az