ABŞ prezidenti Co Bayden administrasiyasının xarici siyasətindəki hədsiz təmkinlik səbəbindən ABŞ-da terror təhlükəsinin və 11 sentyabr hücumu hadisələrinin təkrarlanma ehtimalının artdığını bildirib.
Editor.az xəbər verir ki, Bu fikirləri Amerikanın Fox News telekanalına müsahibəsində respublikaçı senator Lindsi Qrem deyib.
“Əgər prezident Bayden Ukraynaya lazım olan silahları vaxtından əvvəl versəydi, onlar bugünkündən daha yaxşısını edə bilərdilər. Onlara tank verməyə tələsmirdi, onlara F-16-lar vermək istəmirdi, onlara uzaq mənzilli artilleriya vermək istəmirdi”.-deyə bildirib. Senator vurğulayıb ki, o, Ukraynaya daha çox maliyyə ayrılmasını tənqid edən Respublikaçılar Partiyasının “populist qanadı” ilə razı deyil. Qrem ABŞ-ın cənub sərhəddi etibarlı şəkildə qorunmasa, Ukrayna, İsrail və Tayvana yardıma səs vermək istəmədiyini də bildirib.
Qeyd edək ki, Qrem daha əvvəl demişdi ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden yeni müddətə yenidən seçilərsə, dünya “oda” çevriləcək.
//Gülnarə Abasova, Editor.az

