ABŞ 12 İran şirkətinə məhdudiyyətlər qoyubbackend

ABŞ 12 İran şirkətinə məhdudiyyətlər qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danışıqlar prosesinə baxmayaraq, ABŞ Tehrana qarşı sanksiya təzyiqi siyasətini davam etdirir. Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi xəbər verir ki, Vaşinqton iki İran vətəndaşı və 12 şirkətə məhdudiyyətlər qoyub.

Sanksiyaların dəniz nəqliyyatı və qazla məşğul olan təşkilatlara qarşı tətbiq ediləcəyi bildirilir.

Xatırladaq ki, aprelin 26-da Vaşinqton və Tehran arasında İranın nüvə enerjisi ilə bağlı danışıqların üçüncü raundu keçiriləcək. Tərəflərin qeyd etdiyi kimi, dialoq konstruktiv şəkildə gedir.

//Samir Qurbanov, Editor.az