ABŞ 185 ölkəyə yeni idxal rüsumları tətbiq edib: siyahıda Azərbaycan da varbackend

ABŞ 185 ölkəyə yeni idxal rüsumları tətbiq edib: siyahıda Azərbaycan da var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ 185 ölkədən daxil olan mallara idxal rüsumları tətbiq edib. Bu tədbir ən çox Çin və Avropa İttifaqından gələn mallara zərbə vuracaq. Vyetnam, Hindistan, İndoneziya, Kamboca və bir sıra digər ölkələr də zərər görəcək.

Editor.az bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp deyib. O, bəyan edib ki, yeni tariflərin tətbiqi ilə onun milli təhlükəsizliyinə ticarət kəsiri təhlükəsi səbəbindən ölkədə fövqəladə vəziyyət elan edilir. Bundan sonra Çindən idxala 34%, Kambocadan – 49%, Vyetnamdan – 46%, Taylanddan – 36%, Tayvan və İndoneziyadan – 32%, İsveçrədən – 31%, Hindistandan – 26%, Koreya Respublikasından – 25%, Yaponiya və Malayziyadan – 24%, Avropa İttifaqı ölkələrindən – 20%, Yaponiyadan 24 % idxal rüsumları tətbiq ediləcək. Qırğızıstan, Ermənistan, Azərbaycan, Özbəkistan, Tacikistan və Türkmənistanın hər birinə tətbiq edilən rüsumlar 10 faizə malikdir. Maraqlıdır ki, Rusiya və Belarus siyahıda yoxdur.
Aprelin 3-dən idxal olunan avtomobillərə, mayın 3-dən gec olmayaraq ABŞ-da istehsal olunmayan idxal avtomobil hissələrinə 25% rüsum tətbiq ediləcək. Sənəddə deyilir ki, polad, alüminium, mis və külçə qızıl, eləcə də digər kritik malların tədarükü ABŞ-a cavab idxal rüsumlarının təsirindən çıxarılıb. Tariflər avtomobil hissələri, əczaçılıq məhsulları, yarımkeçiricilər, taxta və “ABŞ-da mövcud olmayan enerji və digər müəyyən mineral ehtiyatların” idxalına şamil edilmir. Ağ Ev rəhbərinin sözlərinə görə, Bu tədbirlər Amerika iqtisadiyyatını qorumaq və ədalətli ticarət şəraitini bərpa etmək məqsədi daşıyır. “2 aprel 2025-ci il Amerika sənayesinin dirçəliş günü və qızıl dövrünün başlanğıcı kimi əbədi olaraq xatırlanacaq… Biz Amerikanı yenidən zənginləşdirməyə başlayırıq” – Donald Tramp deyib.

Ağ Evin rəhbəri Avropa İttifaqının siyasətini kəskin tənqid edərək qeyd edib ki, Aİ Amerika mallarına 39% rüsum tətbiq edir, ABŞ isə bunun yarısı qədər – cəmi 20% rüsum təyin edəcək. Tramp izah edib ki, ABŞ ədalətli olduğu üçün təxminən yarısını alacaq – bu, ölkəyə iqtisadiyyatı bərpa etməyə və Amerika iqtisadiyyatını talan edən dost və düşmənlərin hərəkətlərinə son qoymağa kömək edəcək.

Tramp əlavə edib ki, yeni tariflərdən əldə edilən gəlir trilyonlarla dollar təşkil edəcək və bu, vergilərin azaldılması və dövlət borcunun ödənilməsi üçün istifadə olunacaq.

//Samir Qurbanov, Editor.az