ABŞ 2001-ci ildən bəri ən böyük təhlükəni müəyyən edibbackend

ABŞ 2001-ci ildən bəri ən böyük təhlükəni müəyyən edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ qaçqın böhranı səbəbindən 2001-ci ildən bəri ən böyük terror təhlükəsi ilə üzləşib.

Editor.az xəbər verir ki, bu barədə Texas senatoru Ted Kruz Fox News-a müsahibəsində bildirib. Kruzun sözlərinə görə, prezident Co Bayden administrasiyası Amerika vətəndaşlarını terror hücumlarından qorumaq üçün lazımi addımlar atmır. Senator hesab edir ki, indiki mühacir axını demokratların siyasi məqsədlər üçün qızışdırdığı işğaldır. O qeyd edib ki, demokratlar üçün partiyaya nəzarət etməyin qiyməti insan qurbanıdır.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-dakı mühacirlərin vəziyyətini müharibə ilə müqayisə edib və Baydeni ölkədə mühacirlərin törətdiyi cinayətlərdə ittiham edib. Tramp hazırkı prezidenti ABŞ-a rəhbərlik edən ən pis lider adlandırıb.

//Gülnarə Abasova, Editor.az