ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) sentyabrın 30-da başa çatan maliyyə ilində 270 mindən çox immiqrantı deportasiya edib.
Editor.az xəbər verir ki, bu barədə Nazirliyin məlumatında deyilir. İmmiqrasiya orqanları 271 484 immiqrantı 192 ölkəyə qaytarıb, bu rəqəm 2023-cü ildəki 142,580-dən təxminən iki dəfə çoxdur. Bundan əlavə, 32,7%-nin (88,763 min immiqrant) cinayət tarixi var idi. Deportasiya nisbəti 2014-cü maliyyə ilindən bəri ən yüksək səviyyəyə çatıb və həmin il təxminən 316.000 immiqrant ölkədən çıxarılıb.
Qeyd edək ki, noyabr ayında New York Times qəzeti ABŞ-dakı immiqrantların prezident Donald Trampın yanvarda vəzifəyə başlamasından sonra üzləşəcəkləri kütləvi deportasiyalara hazırlaşdıqlarını yazmışdı.
//Gülnarə Abasova, Editor.az

