ABŞ:”6 milyard dollar birbaşa İranın əlinə keçməyəcək”backend

ABŞ:”6 milyard dollar birbaşa İranın əlinə keçməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sistem elə qurulacaq ki, biz bu pulu dərman, ərzaq və kənd təsərrüfatı məhsulları alacaq satıcılara verəcəyik, daha sonra İrana çatdıracağıq və İran bu pula toxuna bilməyəcək”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “CNN International” kanalına müsahibəsində deyib.

Kirbi əgər bu prosesdə bir şey səhv olarsa, əməliyyatı dayandıra və vəsaitləri yenidən dondura biləcəklərini bildirib: “Biz bunu yalnız o zaman edəcəyik ki, İran uzunmüddətli perspektivdə fırıldaq etməyə çalışacaq və ya vəsaitləri uyğun olmayan hər hansı yola yönləndirəcək. Bütün bu proses ABŞ Maliyyə Nazirliyi tərəfindən izlənilir”.

O, məqsədlərinin İranla bir növ yaxınlaşma əldə etmək olmadığını, problemin diplomatik yollarla həllinə üstünlük verəcəklərini qeyd edib.

//Safura Bənnayeva, Editor.az