ABŞ 90 ölkəyə səyahət xəbərdarlığını ləğv edibbackend

ABŞ 90 ölkəyə səyahət xəbərdarlığını ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Türkiyə də daxil olmaqla, 90 ölkəni koronavirus səbəbilə səyahət üçün təhlükəli hesab etdiyi ölkələr siyahısından çıxarıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzləri (CDC) 90 ölkəyə səyahət xəbərdarlığı səviyyəsini dörddən üçə endirib.

Peyvənd olunmamış amerikalılara üçüncü səviyyəli ölkələrə səyahət etmək tövsiyə edilmir.

Qeyd edək ki, bu kateqoriyaya daxil olan ölkələr arasında Türkiyədən başqa İngiltərə, Fransa, İsrail, Yunanıstan, İtaliya, İspaniya, Avstraliya və Yaponiya kimi ölkələr də var. Dördüncü səviyyə isə koronavirusa yoluxanların sayının çox olduğu və ya sürətlə artdığı ölkələrə aiddir. CDC bu ölkələrə səyahət etməyi tövsiyə etmir.

//Gülnarə Abasova, Editor.az