Türkiyə F-16 satış qəbul məktubunu imzaladı.
Editor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən verilən açıqlamada bildirilib.
Bildirilib ki, prosesin başa çatması ilə Türkiyə ABŞ-dan 40 ədəd “F-16 Block 70” döyüş təyyarəsi və 79 ədəd “F-16” modernizasiya dəsti alacaq.
Qeyd edək ki, yanvar ayında ABŞ Dövlət Departamenti Bayden administrasiyasının Türkiyənin F-16 donanmasını modernləşdirməsini dəstəklədiyini açıqlamışdı.
//Gülnarə Abasova, Editor.az