ABŞ-ın hazırkı administrasiyası 2025-ci ilin yanvarında səlahiyyətlərinin bitməsinə qədər Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə vaxt tapacağına ümid edir.
Bunu Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. “Rusiyanın döyüş maşınının fəaliyyətini pozmaq üçün Birləşmiş Ştatlar onun maliyyə sektoruna əhəmiyyətli sanksiyalar tətbiq edib və bundan sonra daha çox sanksiyalar tətbiq olunacaq”, – deyə Sallivan Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirib. ABŞ prezidentinin müşaviri əlavə edib ki, Co Bayden də Ukraynaya hərbi dəstəyi gücləndirmək qərarına gəlib. Beləliklə, Rusiya ərazisinə hücumlar üçün Amerikanın uzaqmənzilli raketlərindən istifadəyə görə Kiyevə artıq verilmiş icazəyə əlavə olaraq, ABŞ yanvarın ortalarına qədər Ukrayna tərəfinə “yüz minlərlə artilleriya mərmisi, minlərlə raket və digər mühüm silahlar” ötürmək niyyətindədir.
Dünən, dekabrın 2-də ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynaya 725 milyon dollar məbləğində yeni hərbi yardım paketinin ayrıldığını elan edib ki, bu da digər məsələlərlə yanaşı, piyada əleyhinə minalar da var. Bayden onların Kiyevə transferini noyabrın 20-də təsdiqləyib.
//Samir Qurbanov, Editor.az