“ABŞ yaxın günlərdə münaqişənin həlli ilə bağlı Kiyev və Moskvanın mövqelərini yaxınlaşdırmaq üçün potensial addımları müəyyən etmək üçün avropalı tərəfdaşlar və Ukrayna rəsmiləri ilə məsləhətləşmələr aparmağı planlaşdırır”.
Editor.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib.
ABŞ, Rusiya və Ukrayna prezidentlərinin görüşünün mümkünlüyünün bu sahədə əldə edilən irəliləyişdən asılı olduğunu qeyd edən Tramp deyib ki, yaxın bir neçə gün ərzində avropalı müttəfiqlərimiz və ukraynalılarla bu sahədə nə qədər irəliləyiş əldə edə biləcəklərini görmək üçün görüşəcəklər.
Rubio əlavə edib ki, Vaşinqton Rusiyanın şərtlərini Ukrayna və Aİ-nin qəbul etməyə hazır olduğu şərtlərlə müqayisə etməli və bu iki mövqenin nə qədər yaxın ola biləcəyini anlamağa çalışmalıdır.
//Gülnarə Abasova, Editor.az

