ABŞ Ali Məhkəməsi yekdilliklə ABŞ-ın keçmiş prezidenti Donald Trampı dəstəkləyib və onu Respublikaçılar partiyasının praymerizində səsvermədə saxlayıb.
Belə ki, Ali Məhkəmə Kolorado Ali Məhkəməsinin eks-prezidentin qiyamda – 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumda iştirak etdiyi üçün seçkidə iştirak edə bilməyəcəyini müəyyən edən qərarını ləğv edib. Ali Məhkəmə qərar verib ki, ştatlar vətəndaşları prezident seçkilərində iştirakdan kənarlaşdıra bilməz.
ABŞ Konstitusiyasına görə, bu qərarı yalnız Konqres verə bilər. “The Washington Post” qeyd edir ki, Ali Məhkəmə qərarlarını adətən ayın sonunda açıqlayır. Lakin Donald Trampın məsələsində istisnaya yol verilib. Qətnamə sabah, martın 5-də baş tutacaq Super Çərşənbə axşamı günündən bir gün əvvəl dərc edilib. Həmin gün birdən-birə 15 ştatda praymerizlər keçiriləcək.
//Samir Qurbanov, Editor.az

