ABŞ Almaniyadakı istehsal tənəzzülünü Aİ iqtisadiyyatı üçün təhlükə olaraq görürbackend

ABŞ Almaniyadakı istehsal tənəzzülünü Aİ iqtisadiyyatı üçün təhlükə olaraq görür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) ölkələrinin iqtisadi təhlükəsizliyi regionun ən böyük istehsal mərkəzi olan Almaniyada sabitliyin pozulması ilə təhdid edilə bilər.

Editor.az Bloomberg-ə istinadən xəbər verir ki, bu ilin birinci rübünün nəticələrinə görə, Almaniyanın ümumi daxili məhsulu (ÜDM) 0,3% azalıb ki, bu da əksər Avropa ölkələrinin böhrandan çıxmasına mane ola bilər. Almaniyanın kifayət qədər yüksək olmayan iqtisadi artımının əsas səbəblərindən biri “onilliklər boyu davam edən yanlış enerji siyasəti”, yeni texnologiyalara nisbətən ləng keçidin olduğunu bildirilir. Həmçinin qeyd olunur ki, yerli hakimiyyət orqanları hazırda ölkənin istehsal sektorunun rəqabət qabiliyyətini müəyyən edən struktur məsələlərini həll etmək səlahiyyətinə malik deyil.

Mayın 25-də Amerikanın CNBC telekanalı Federal Statistika İdarəsinin məlumatlarına istinadən Almaniyanın ümumi daxili məhsulunun (ÜDM) 2023-cü ilin birinci rübündə 0,3% azaldığını bildirib. Bundan əlavə, azalma iki rüb ardıcıl olaraq davam edib.

//Gülnarə Abasova, Editor.az