Pentaqon ABŞ-ın 2026-cı ildə hipersəs silahları da daxil olmaqla, uzun mənzilli zərbə sistemlərini Almaniyaya yerləşdirməyə başlayacağını bildirib.
Editor.az bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb. “ABŞ 2026-cı ildə Almaniyadakı işçi qrupuna uzun mənzilli atəş imkanlarını fasilələrlə yerləşdirməyə başlayacaq”, – ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir. Onların gələcəkdə daimi olaraq ora yerləşdiriləcəyi bildirilir. Söhbət SM-6, Tomaqavk raketlərinin, eləcə də hipersəs silahlarının yerləşdirilməsindən gedir.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, alyans Ukraynaya silah tədarükünü sürətləndirmək üçün Şərqi Avropa ölkələrində logistik mərkəzlər yaratmağı planlaşdırır. O qeyd edib ki, blok ölkələrinin liderləri Vaşinqtonda keçiriləcək sammitdə Ukraynaya əhəmiyyətli yardım paketini təsdiqləməlidir.
//Gülnarə Abasova, Editor.az

