Birləşmiş Ştatlar Yəmənin Qırmızı dəniz sahilində Əl-Hodeyda əyalətində yerləşən “Ras İsa” neft limanına hava zərbələri endirib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə məlumat yayıb. Agentlik ABŞ-ın husiləri terror təşkilatı elan etməsinə baxmayaraq gəmilərin bu liman vasitəsilə yanacaq tədarükünü davam etdirdiyini qeyd edib.
“Al Mayadeen”in verdiyi məlumata görə, zərbələr nəticəsində liman alovlanıb.
Yəmənin Səhiyyə Nazirliyinin məlumatına görə, 13 nəfər ölüb, 30 nəfər yaralanıb. Əl-Masirə 22 nəfərin öldüyünü bildirir. Husilər zərbələri “müharibə cinayəti” adlandırıb və “cəzasız qalmayacaqları” barədə xəbərdarlıq ediblər.
Mart ayında ABŞ prezidenti Donald Tramp Yəmən husilərinə qarşı hərbi əməliyyata başladığını elan edib. NYT-nin qeyd etdiyi kimi, əməliyyat altı ay davam edə bilər və onun dəyəri çox güman ki, 1 milyard dolları keçəcək. CNN-in məlumatına görə, Yəməndə beynəlxalq səviyyədə tanınmış hökumətin yerləşdiyi cənub və şərqdən başlayacaq husilərə qarşı quru əməliyyatı planlaşdırılır. Onu ABŞ, BƏƏ və Səudiyyə Ərəbistanı dəstəkləyə bilər.
//Samir Qurbanov, Editor.az