ABŞ aviasiyası yenidən Yəməni vurdubackend

ABŞ aviasiyası yenidən Yəməni vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Yəmənin şimal-qərbindəki Saada şəhərində afrikalı miqrantların saxlanma mərkəzinə endirdiyi iki zərbə nəticəsində azı 30 nəfər həlak olub.

Binada 115-dən çox insan olub. Xilasedicilər dağıntılar altında qalan insanların axtarışlarını davam etdirirlər.

50-dən çox zərərçəkənin Respublika Xəstəxanasına çatdırıldığı xəbər verilir. Onların əksəriyyətinin vəziyyəti ağırdır.

//Samir Qurbanov, Editor.az