Avropada Donald Trampın Ağ Evə qayıtması ilə bağlı qlobal təlatüm dövründə qitəni idarə edə biləcək güclü lider yoxdur.
Editor.az bu barədə The New York Times-a istinadla yazır.
“Donald Trampın ABŞ prezidentliyinə qayıdışı, artıq iqtisadi durğunluq içində olan və şərq sərhədində müharibə ilə üzləşən Avropa üçün tənha və təhlükəli bir dövr demək ola bilər”,- mətndə deyilir. Sənəddə bildirilir ki, Almaniya və Fransa yaranan problemlərin öhdəsindən çətin ki gələ bilər. Qəzetə görə, Almaniya Olaf Şoltsun hakim koalisiyasının dağılmasından sonra “siyasi iflic” yaşayır, Emmanuel Makron 2027-ci ildə yenidən namizəd ola bilməyəcəyi üçün onun mövqeyi birinci dövründə olduğundan xeyli zəifləyir.
NYT yazır: “Avropada güclü liderliyin olmaması Rusiyanı cəsarətləndirə və Avropanın Trampın təhrik edə biləcəyi qlobal ticarət müharibəsinə cavab vermək qabiliyyətini məhdudlaşdıra bilər”.
//Gülnarə Abasova, Editor.az