ABŞ Avropanı Rusiya ilə qorxudur-ŞƏRHbackend

ABŞ Avropanı Rusiya ilə qorxudur-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Ukraynaya hücumu Avropada təhlükə təbillərinin çalınmasına səbəb oldu. NATO ölkələri olmasına baxmayaraq Rusiya və Belarusla sərhəd ölkələr özlərinin daha çox təhlükədə olduğunu iddia etdilər. Polşanın sərhəddə xəndəklər qazdığı belə deyildi. Amma Vladimir Putin qeyd etdi ki, Rusiyanın NATO ilə müqayisə edilməsi mümkün deyil və Rusiyanın NATO ölkələrinə hücum edəcəyini hesab etmək axmaqlıqdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, ABŞ-ın Cozef Baydenin istəyi ilə Avropaya qoşun yerləşdirməsi faktı isə daha çox fürsətdən istifadə etməkdir:

“Avropanın Rusiyada qorxduğu vaxtda ABŞ-ın onların böyük qardaşı rolunu oynaması siyasi gedişdir. Tramp əslində Avropanın NATO-nun xərclərinin Avropadan dəstəklənməməsi durumunda ABŞ-ın NATO-nu tərk edə biləcəyi açıqlaması onu göstərir ki, ABŞ Avropanı Rusiya ilə qorxudur. İsveç və Finlandiyanın da NATO-ya alınması ilə NATO sərhədləri min kilometrdən çox böyüyən NATO artıq ABŞ üçün maddi baxımdan qara dəliyə çevrilir. Odur ki, Avropanın öz təhlükəsizliyini özünün qoruması yaxındır.

Rusiya isə təbii olaraq heç bir Avropa ölkəsinə hücum planlaşdırmır, planlaşdıra da bilməz. Ukraynada düşdüyü durum göz önündədir. Odur ki, hesab edirəm bu söhbətlər Avropa ölkələrini qorxudub onlara maddi rifahlarına xərclədikləri pulun öz təhlükəsizliklərinə xərclənməsini təmin etməkdir. ABŞ-da bundan sonra rahat nəfəs alıb öz ölkə daxilindəki problemlərini həll etsin”.

//Gülnarə Abasova, Editor.az