“ABŞ Azərbaycana qarşı riyakar mövqe sərgiləyir”- AÇIQLAMAbackend

“ABŞ Azərbaycana qarşı riyakar mövqe sərgiləyir”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimləri şərh edən ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bəyanat verib və qeyd edib ki, ABŞ Cənubi Qafqaz regionunu sülh şəraitində görmək istəyir. Bu məsələdə açıq şəkildə marağını ifadə edib: “Regionda Ermənistanla Azərbaycan arasında gərginliyi azaltmaq və daha da ciddi gərginliyin yaranmasına yol verməmək üçün biz bu ölkələrlə işimizi davam etdiririk”.

Dünyada baş verən proseslərdə tez-tez müşahidə etdiyimiz hallardan biri də düşmən ölkələrin məsələyə münasibətinə görə ortaq mövqedən və ya əksinə dost olan dövlətlərin fərqli mövqedən yanaşmasıdır.

Maraqlıdır, hadisələrin axarında İranın bu addımı ona düşmən münasibət bəsləyən ABŞ-dan hansı həmlə ilə qarşılanacaq?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, ABŞ-ın hər zaman Azərbaycana münasibəti birmənalı olub:

“Amerika hər zaman Ermənistanın yalanlarına, iftiralarına inanıb. Bununla yanaşı erməni lobbisinin təsiri altında Azərbaycan və Türkiyəyə səmimi mövqe göstərmir.
ABŞ-ın bu məsələdə səssiz qalması, heç bir reaksiya verməməsi riyakarlıqdan başqa birşey deyil. Bu gün ABŞ və İran nə qədər bir-birinə düşmən görünsələr də dünyada baş verən proseslərdə eyni mövqeni ortaya qoyurlar. İran bu hərəkəti Ermənistana qarşı etsəydi, ABŞ tamam fərqli münasibət bəsləyəcəkdi”.

//Safura Bənnayeva, Editor.az