“ABŞ Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək”- Müşfiq Cəfərovbackend

“ABŞ Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək”- Müşfiq Cəfərov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayenin Bakıda səfərdə olması təsadüf deyil. Ceyms Obrayenin Bakıya səfəri çərçivəsində bir sıra önəmli məsələlər müzakirə ediləcək. Belə ki, iki həftə əvvəl cənab Obrayen İrəvana olan səfərini nəzərə alsaq görüşün gündəliyi Ermənistan və İrəvan arasındakı sülh müqaviləsi olacağı bəllidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev COP29-a qədər Ermənistanla sülh müqaviləsinin imzalanmasının mümkün olduğunu ötən çıxışlarında elan edib:

“ABŞ Cənubi Qafqazda mövqe tutmaq, söz sahibi olmaq üçün ədalətli mövqe nümayiş etdirməlidir. Əgər Ağ ev ermənipərəst mövqeyindən əl çəkərsə, Bakının Vaşinqtonla heç bir problemi olmaz və sülh prosesindəki rolunu da qiymətləndirər. Son aylar ABŞ – Azərbaycan ikitərəfli münasibətlərindəki irəliləyişlər, Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına öz dəstəyini göstərəcək.

Azərbaycan-Ermənistan sülh sazişi, ikitərəfli münasibətlər, COP29 konfransı, enerji məsələləri və Azərbaycanda insan hüquqları vəziyyəti ABŞ dövlət katibi Antoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında iyunun 20-də baş tutan telefon danışığı zamanı da diqqət mərkəzində olub. ABŞ iqlim dəyişikliyi və enerji sahəsində birgə məqsədlərə nail olmaq yolunda ölkələrimiz arasındakı konstruktiv əməkdaşlığına diqqətdə saxlayır. Cənab Blinken telefon danışığı zaman ölkəsinin Azərbaycan ilə yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini deyib. ABŞ Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək”.

//Gülnarə Abasova, Editor.az