ABŞ-ın Respublikaçı Nümayəndəsi Mike Waltz Co Bayden administrasiyasını HƏMAS ilə müharibə bitdikdən sonra Qəzza zolağında İsrailə radikalizmin kökünü kəsməsinə kömək etmək üçün İrana qarşı siyasət kursunu dəyişməyə çağırıb.
Editor.az bu barədə “Fox News”a istinadla xəbər verir. “Bayden administrasiyasının İsrailə kömək etmək üçün edə biləcəyi ən böyük şey İrana qarşı 180 dərəcə dönüş etmək, maksimum təzyiqə qayıtmaq və regionda terrorizmi qızışdırmaq üçün kassasını boşaltmaq olardı”, – Walz deyib. Bundan əvvəl ABŞ-ın respublikaçı senatoru Bill Hagerti hazırkı prezident Co Baydenin Yaxın Şərq siyasətini tənqid edib. O, qeyd edib ki, Vaşinqton İsrailə “qarışıq siqnallar” verir və İranı “rahatlamağa” çalışır.
//Gülnarə Abasova, Editor.az

