ABŞ Bəşər Əsədə kömək edənləri də məsuliyyətə cəlb olunmasına çalışacaqbackend

ABŞ Bəşər Əsədə kömək edənləri də məsuliyyətə cəlb olunmasına çalışacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Suriya prezidenti Bəşər Əsədə kömək edənlərin, eləcə də əvvəlki hakimiyyətlər dövründə çalışmış nüfuzlu dövlət rəsmilərinin mühakimə olunmasına yönəlmiş beynəlxalq səyləri dəstəkləyəcək.

Editor.az bildirir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken deyib. Bundan əvvəl ABŞ prezidenti Co Bayden cənab Əsədin məsuliyyətə cəlb edilməsinin zəruriliyindən danışmışdı. “Biz Əsəd rejimini və onun tərəfdarlarını Suriya xalqına qarşı törədilən vəhşiliklərə və cinayətlərə, o cümlədən kimyəvi silahdan istifadəyə görə məsuliyyətə cəlb etmək üçün beynəlxalq səyləri dəstəkləyəcəyik”, – deyə Blinken bildirib.

Amerika diplomatiyasının rəhbəri əlavə edib ki, Vaşinqton silahlı müxalifət liderlərinin bütün son bəyanatlarını “qeyd edib”, lakin Blinken bunları müxalifətin konkret hərəkətlərdə “daha böyük məsuliyyət daşıdığı” üçün dəyərləndirəcəyini vəd edib. Dövlət Departamentinin şərhində deyilir: “Biz bir daha tərəfləri insan hüquqlarına hörmət etməyə, mülki şəxslərin müdafiəsi üçün bütün tədbirləri görməyə və beynəlxalq humanitar hüquqa riayət etməyə çağırırıq”.

//Samir Qurbanov, Editor.az