ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistana yardımları artırması Cənubi Qafqazda sabitliyi pozur – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovabackend

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistana yardımları artırması Cənubi Qafqazda sabitliyi pozur – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistana yardımının artırılması Qərbin Cənubi Qafqazda sabitliyi pozan xarakterini təsdiqləyir.

O qeyd edib ki, bu gün Rusiya ilə qonşu dövlətlərdə aparılan oxşar təcrübələr dünyanın digər ölkələrində də olub. Zaxarova əlavə edib ki, bunun qarşısını almaq olar. Milliyönümlü siyasət yürüdən, tarixi bilən, milli maraqlardan çıxış edən, müvəqqəti işçi olmayan, sadəcə olaraq siyasi piarla məşğul olan, ölkəsini, xalqını düşünən dövlət adamları bundan qaça bilərər”, – Mariya Zaxarova vurğulayıb.

Xatırladaq ki, Agentlik bundan əvvəl Ermənistana pul yardımının 120 milyon dollardan 250 milyon dollara qədər artdığını açıqlamışdı.

//Samir Qurbanov, Editor.az