ABŞ: “Biz şirkətlərimizi Rusiyada fəaliyyətini dayandırmağa məcbur etmirik”backend

ABŞ: “Biz şirkətlərimizi Rusiyada fəaliyyətini dayandırmağa məcbur etmirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiyadakı fəaliyyətlərini, o cümlədən ərzaq və dərman tədarükünü məhdudlaşdırmaq üçün bizneslərə sanksiya tətbiq etmədiklərini bildirib.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“Rusiya kontekstində biz həmişə vurğulamışıq ki, müəyyən işgüzar fəaliyyət növləri var ki, biz onları dayandırmağa çalışmırıq. Bütün sanksiyalarımıza ərzaq və dərman təchizatı ilə bağlı istisnalar daxildir. Biz ABŞ-ın Rusiya xalqı ilə münaqişəyə girməsini istəmirik”,-deyə o sözlərinə davam edib.

Miller iş dünyasının nümayəndələrinin hüquqi, reputasiya və digər riskləri nəzərə alaraq Rusiyada biznes fəaliyyətini davam etdirib-etdirməmək barədə müstəqil qərar verməli olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az