ABŞ blef etmir: “Niyyəti İranla ciddi-ciddi hesablaşmaqdır”backend

ABŞ blef etmir: “Niyyəti İranla ciddi-ciddi hesablaşmaqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın Şərqdə on illərdir axan qanın, heç bitməyən savaşların əsas səbəbkarlarından biri də, sözsüz ki, İran İslam Respublikasının teokratik hakimiyyətidir. Yaxın Şərqdə, Cənubi Qafqazda və digər bölgələrdə siyasi-iqtisadi ambisiyalarını dini təriqətçilik üzərindən həyata keçirməyə çalışan İran əslində özünü də ABŞ və müttəfiqlərinin hədəfi halına gətirib. Artıq İran dünyada Yaxın Şərqi destanilizasiya edən ölkə olaraq tanınır”.

Bunu Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, ABŞ-də Trampın hakimiyyətə gəlişi İran ətrafında həlqənin getdikcə daralmasına səbəb olur:

“Tramp administrasiyası məsələni konkret qoyur. Ya nüvə proqramını dayandırmaq məsələsi ilə bağlı danışıqlar stoluna oturmalı, ya da ağır bombardımana məruz qalacağına hazır olmalıdır. Müşahidələr deməyə əsas verir ki, ABŞ blef etmir, zarafat da etmir, niyyəti İranla ciddi-ciddi hesablaşmaqdır.

Nə qədər gizlədilməyə çalışılsa da İranın daxilində də vəziyyət son dərəcə gərgindir. Dini hakimiyyətlə siyasi rəhbərlik arasında qarşıdurma pik həddədir. İki il əvvəl Amina adlı qızın başörtüyü səbəbilə öldürülməsi ilə başlayan və beş ay davam edən igtişaşlar da məhz bu qarşıdurmanın üzə çıxan təzahürlərindən biri idi. Ümumiyyətlə, İranda Suriya bənzəri iç qarışıqlıqların çıxması gözləniləndir”.

F. Məhərrəmlinin sözlərinə görə, Azərbaycan hər zaman İranla mehriban qonşuluq siyasətinə sadiq qalıb:

“Baxmayaraq ki, İran bu münasibətlərin gərginləşməsi üçün əlindən gələni edib. Tehranda səfirliyimizə edilən terror hücumu, millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsd terroru,dini situasiyanı gərginləşdirmək cəhdləri bu qəbildən olan hadisələrdir.

M.Pezeşkianın hakimiyyətə gəlişi İranın yarım əsrə yaxın davam edən irtica siyasətindən əl çəkəcəyi rəyini gücləndirib. Azərbaycan və İran prezidentlərinin telefon diplomatiyası, M.Pezeşkianın Bakıya gözlənilən səfəri deməyə əsas verir ki,rəsmi Bakı ABŞ-İsrail-İran münasibətlərinin normallaşmasına töhfə verə biləcək bəlkə də yeganə ölkədir”.

//Gülnarə Abasova, Editor.az