ABŞ: “Blinken və Lavrov arasında qısa görüş olub”backend

ABŞ: “Blinken və Lavrov arasında qısa görüş olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 Sammiti çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenin rusiyalı həmkarı Sergey Lavrovla görüşü Vaşinqtonda müzakirələrə səbəb olub.

Editor.az xarici mediaya istinadən bildirir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın gündəlik mətbuat konfransında iki nazirin Ukrayna müharibəsindən sonra ilk üz-üzə görüşü gündəmə gəlib.

“Bu sadəcə qısa bir görüş idi. Yəni uzun təkbətək söhbət kimi qələmə vermək düzgün deyil. Öz maraqlarımıza uyğun açıqlama verdiyimiz üçün heç kimdən üzr istəməyəcəyik”,- deyə Prays görüşlə bağlı sualı cavablandırarkən deyib.

Blinkenin Lavrova üç mesaj verdiyini bildirən Prays Rusiyanın Yeni Strateji Silahların Azaldılması Müqaviləsini (START) dayandırmasının ABŞ və dünya üçün narahatlıq doğurduğunu, Rusiyada həbsdə olan ABŞ vətəndaşı Pol Vhelan-ının azad edilməsini və ABŞ-ın Ukraynanı dəstəkləməkdə qərarlı olduğunu da vurğulayıb.

“Bu müharibənin bitməsini Ukraynadan çox istəyən yoxdur. Biz bu məsələdə Ukraynanın yanındayıq və arzumuz müharibənin bitməsini görməkdir. Onları dəstəkləməkdə qərarlıyıq”,-deyə o, sözlərini yekunlaşdırıb.

//Safura Bənnayeva, Editor.az