Prezident Donald Tramp ABŞ-ın BMT və YUNESKO ilə əlaqələrinin yenidən qiymətləndirilməsini nəzərdə tutan fərmanı imzaladıqdan sonra Vaşinqtonda bununla bağlı ilk addım gecikməyib.
Editor.az xəbər verir ki, Respublikaçılar Partiyasının senatorları ABŞ-ın BMT-dən tamamilə çıxmasını tələb edən qətnamə layihəsini Konqresə təqdim ediblər.
Sənədi imzalayan senatorlardan biri olan Mayk Linin internet saytında dərc edilən layihə mətnində “Prezident ABŞ-ın BMT və digər qurumlar, agentliklər, komissiyalar və ya BMT-yə rəsmi bağlı olan digər təşkilatlardakı üzvlüyünə tamamilə xitam verəcək”,- deyilir.
Qanun layihəsi BMT və onun təşkilatlarına ayrılan maliyyənin kəsilməsini və Senatın təsdiqi olmadan BMT-yə yenidən daxil olmağı qadağan etməyi tələb edir. Həmçinin ABŞ-ın BMT-nin sülhməramlı missiyalarında iştirakının qadağan edilməsi təklif edilir.
//Gülnarə Abasova, Editor.az