Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi səbəbiylə dünyada ərzaq böhranı mümkün ehtimallar arasındadır.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu səbəbdən ABŞ-ın BMT tədbirlərində dünyanın kənd təsərrüfatı mərkəzi olan Ukraynanın ərzaq təhlükəsizliyini müzakirə edəcəyi bildirilib.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild qeyd edib ki, xarici işlər naziri Antoni Blinken mayın 18-də ərzaq böhranından əziyyət çəkən ölkələrin xarici işlər naziri ilə görüşəcək və həssas bölgələrdə yeni qarşıdurmalara və qeyri-sabitliyə yol verməməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Qeyd edək ki, aprelin 19-da BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) saytında “Ukrayna müharibəsi ilə bağlı proqnozlaşdırılan ciddi ərzaq təhlükəsizliyi” adlı hesabat dərc edilib. Rusiya Ukrayna müharibəsi ilə əlaqədar 47 milyon insanı əhatə edən qida böhranının yaşanması hesabatda qeyd olunub.
//Nəzərbəy, Editor.az

