Qəzza zolağı ilə bağlı dərhal atəşkəs tələb edən qətnamə BMT Təhlükəsizlik Şurasında ABŞ tərəfindən bloklanıb. Amerika veto hüququndan istifadə edib.
Sənədi Təhlükəsizlik Şurasının onlarla qeyri-daimi üzvü hazırlayıb və ABŞ istisna olmaqla, Təhlükəsizlik Şurasının bütün üzvləri tərəfindən dəstəklənib.
Qətnamədə ümumilikdə dörd bənd olub. Bunlardan biri Qəzzada tam və davamlı atəşkəsdir ki, buna da bütün tərəflərin əməl edəcəyi tələb olunur.
Həmçinin bütün girovların azad edilməsi göstərilir. Digər tələb həm BMT, həm də tərəfdaşlardan Qəzzaya humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətlərin dərhal və tamamilə aradan qaldırılmasıdır.
//Samir Qurbanov, Editor.az