ABŞ BMT TŞ-nin Qəzza zolağı ilə bağlı qətnaməsini növbəti dəfə bloklaya bilərbackend

ABŞ BMT TŞ-nin Qəzza zolağı ilə bağlı qətnaməsini növbəti dəfə bloklaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Qəzza zolağında atəşkəs tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini növbəti dəfə bloklaya bilər.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski özünün Teleqram kanalında yazıb. Onun sözlərinə görə, fevralın 20-də saat 10:00-da BMT Təhlükəsizlik Şurası Qəzza zolağında dərhal atəşkəs tələb edən Əlcəzairin Təhlükəsizlik Şurasının qətnamə layihəsinə səs verəcək. Daimi nümayəndənin müavini ABŞ-ın bu sənəddən razı qalmadığını xatırladaraq, “Onlar artıq veto hüququndan istifadə edəcəklərini açıq şəkildə bəyan ediblər”- deyib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bunu əvvəllər də qeyd edib. O qeyd edib ki, Birləşmiş Ştatlar qətnamə layihəsini bloklayarsa, bu, Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında münaqişənin ötən ilin oktyabrında kəskinləşməyə başlamasından bəri Amerikanın dördüncü vetosu olacaq. Polyanski əlavə edib ki, hər bir belə hal ABŞ-ın dünyada, xüsusən də Yaxın Şərqdə reputasiyasına qeyd-şərtsiz zərbə vurur.

Qeyd edək ki, yanvar ayının sonunda Beynəlxalq Ədalət Məhkəməsi qərar verib ki, İsrail Qəzza zolağında soyqırımın qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir. Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarından sonra İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, yəhudi dövləti bunu beynəlxalq hüquqa hörmət edərək vətəndaşlarını Fələstinin Həmas hərəkatından qorumaq üçün edib.

//Gülnarə Abasova, Editor.az