ABŞ hərbi yardımın kəsilməsi çərçivəsində Britaniyaya Vaşinqtondan Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı qadağan edib.
Editor.az bildirir ki, bu barədə martın 4-də Britaniyanın “Daily Mail” tabloidi məlumat yayıb. Qeyd olunur ki, kəşfiyyat məlumatlarının ötürülməsini qadağan etmək əmri Böyük Britaniyanın Baş Kəşfiyyat İdarəsi, casus agentlikləri və Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat bölmələri tərəfindən alınıb.
Böyük Britaniyanın hərbi kəşfiyyat üzrə eksperti “Phil Ingram” mediaya bildirib ki, ABŞ kəşfiyyat tərəfdaşları, o cümlədən Böyük Britaniya kəşfiyyat məlumatlarını ötürmək səlahiyyətlərindən məhrum edilib. O əlavə edib ki, bu, gözlənilən qərardır. KİV yazır ki, indi bu cür məlumatların Kiyevdə yerləşən agentliklər vasitəsilə Ukraynada yayılmasına “ABŞ ciddi nəzarət edəcək”.
Məqalə müəllifləri vurğulayıblar ki, üç il əvvəl işğalçı ölkə Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan Böyük Britaniya və “Beş Göz” kəşfiyyat alyansına daxil olan Avstraliya və Yeni Zelandiya kimi Qərbin təhlükəsizlik üzrə digər tərəfdaşları Ukraynanın kəşfiyyat məlumatlarını paylaşıblar.
//Samir Qurbanov, Editor.az