ABŞ böyük səhv etdi, ruslar güclənəcək – Səfirbackend

ABŞ böyük səhv etdi, ruslar güclənəcək – Səfir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimal Axını-2 layihəsi Rusiyanın Avropadakı mövqeyini xeyli gücləndirəcək və bu, ABŞ hökuməti üçün böyük bir səhvdir.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Ukraynadakı keçmiş səfiri Uilyam Teylor çıxış edib.

“Şimal Axını-2 tamamlanarsa, Rusiyaya o qədər böyük fayda gətirəcək və Avropadakı mövqeyini o qədər möhkəmləndirəcək ki, bir müddət sonra geriyə baxanda səhv etdiyimizi anlayacağıq. Ümumiyyətlə, qaz kəməri Rusiyadan Almaniyaya və daha sonra Avropaya uzanır. Mənə elə gəlir ki, səhv etmişik”, – Teylor qeyd edib.