ABŞ bu dörd ölkə arasında münasibətlərin dərinləşməsindən çox narahatdırbackend

ABŞ bu dörd ölkə arasında münasibətlərin dərinləşməsindən çox narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və müttəfiqləri Rusiya, Çin, Şimali Koreya və İran arasında münasibətlərin dərinləşməsindən çox narahatdırlar.

Editor.az bu barədə Bloomberg-ə istinadla xəbər verir. Məqalədə deyilir: “Birləşmiş Ştatlar və onun müttəfiqləri, Qərbin indiyədək tətbiq etdiyi ən əhatəli sanksiyalarla üzləşmələrinə baxmayaraq bu ölkələrin Amerikanın hökmranlığına meydan oxumaq üçün əlaqələri dərinləşdirmə sürətindən və intensivliyindən narahatdırlar”.

Qeyd olunub ki, bu cür hadisələr Vaşinqtonun xarici siyasətdəki uğursuzluqları kontekstində ABŞ-ın dünya miqyasında liderliyinə dair suallar yaradır. Keniyanın BMT-dəki keçmiş Daimi Nümayəndəsi və Nyu York Universitetinin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin direktoru Martin Kimani Bloomberg-ə deyib: “ABŞ-ın təsiri sürətlə azalır. Çindən tutmuş digərlərinə qədər çoxtərəfli arenada özlərini daha çox təsdiq etmək istəyən yüksələn güclər var və Qlobal Cənub getdikcə daha çox söz sahibi olur”.

Qeyd olunub ki, BRİKS-in sürətlə böyüməsi və bu qrupa daxil olmaq üçün getdikcə daha çox ölkənin müraciət etməsi Qərbi narahat edən məsələlərdəndir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 12-də verdiyi bəyanatda 34 ölkənin BRİKS-ə qoşulmaq arzusunu ifadə etdiyini bildirib.

//Gülnarə Abasova, Editor.az