Pentaqon nümayəndələri bu ay Özbəkistanda ABŞ-ın anti-terror qüvvələrinin yerləşdirilməsi məsələsini müzakirə edəcək.
Editor.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
“Danışqların gündəliyində anti-terror qüvvələrinin yerləşdirilməsi məsələsi dura bilər. Belə razılaşma ABŞ-a Əfqanıstandakı hədəfləri daha yaxşı izləməyə və hədəf almağa imkan verər”, – deyə nəşrdə yayılan məqalədə bildirilib.
Qeyd edək ki, Co Bayden administrasiyası Əfqanıstanın sərhəd ölkələri ilə sözügedən məsələni müzakirə etmək istəyini ifadə etmişdi.

