ABŞ bunu etsə, dünya müharibəsi olacaq – Medvedyevbackend

ABŞ bunu etsə, dünya müharibəsi olacaq – Medvedyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ukraynada Rusiya qüvvələrini vurması dünya müharibəsinə gətirib çıxaracaq.

Editor.az  axar.az-a istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“Birincisi, yankilər (ABŞ) indiyədək belə bir söz deməyib, çünki onlar polyaklardan daha ehtiyatlıdırlar. İkincisi, ABŞ-ın mövqelərimizə hücumu dünya müharibəsinin başlaması deməkdir və hətta Polşa kimi bir ölkənin xarici işlər naziri bunu başa düşməlidir”, – Medvedyev bildirib.

Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə Qərb silahları ilə hücumlarına qarşı olmadığını bildirmişdi.