Birləşmiş Ştatlar Cənubi Koreyanı bütün növ silahlarla, o cümlədən nüvə silahı ilə müdafiə etmək niyyətindədir.
Editor.az bildirir ki, bunu Pentaqonun rəhbəri Lloyd Austin media brifinqində deyib. O, Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-hyunu əmin edib ki, Birləşmiş Ştatlar öz müttəfiqini müdafiə etməyə tam sadiqdir və onun uzunmüddətli çəkindirmə öhdəliyi sarsılmaz olaraq qalır.
Ostin qeyd edib ki, ABŞ nüvə və müasir qeyri-nüvə imkanları da daxil olmaqla, müdafiə silahlarının bütün arsenalından istifadə etməyə hazırdır. Bundan əlavə, ABŞ Cənubi Koreya müttəfiqləri ilə birgə genişmiqyaslı təlimlərə qayıtmağı planlaşdırır. “Biz həmçinin Koreya Respublikasından olan müttəfiqlərimizlə genişmiqyaslı təlimlərə qayıtdıq. Bu, bizim ümumi hazırlığımızı və qarşılıqlı fəaliyyət qabiliyyətimizi gücləndirir”, – Pentaqon rəhbəri bildirib.
//Samir Qurbanov, Editor.az