ABŞ Cənubi Koreyaya atom sualtı qayığı göndərirbackend

ABŞ Cənubi Koreyaya atom sualtı qayığı göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ohayo” sinfinə aid nüvə sualtı qayığı Cənubi Koreya sularına daxil olacaq. Editor.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

Lakin o, sualtı qayığın yerləşdirilməsi vaxtını açıqlamaqdan imtina edib: “Mən heç bir yerləşdirmə qrafikini elan etməyəcəyəm. Bu, “Ohayo” sinfinə aid SSBN (nüvə ballistik raket sualtı qayığı) modeli olacaq, ancaq bunu deyə bilərəm”, – Rayder deyib.

O, “sualtı qayığın nüvə silahı daşıyacaqmı” sualına cavab verməkdən də yayınıb. “Mən xüsusi yüklə bağlı təfərrüata varmayacağam”, – deyə cavab verib. Qeyd edək ki, aprel ayında Cənubi Koreya prezidenti Yoon Seok-Yeol Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşüb. Yoon Suk-Yeol bildirib ki, Seul Pxenyandan nüvə hücumu olacağı təqdirdə Vaşinqtonla alyansın bütün gücündən, o cümlədən Amerikanın nüvə silahlarından istifadə edəcək. “Wall Street Journal” xəbər verir ki, Bayden administrasiyasının nüvə silahlarını Koreya yarımadasına yenidən yerləşdirmək planları yoxdur.

  //Samir Qurbanov,Editor.az