ABŞ Dövlət Departamenti Cənubi Koreyaya təxminən 5,06 milyard dollar dəyərində “F-35A” tipli döyüş təyyarələri və müxtəlif hərbi texnikanın satışını təsdiqləyib.
Editor.az xarici mediaya istinadən bildirir ki, Pentaqonun Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyindən (DSCA) verilən yazılı açıqlamada bu barədə qeyd edilib.
Bildirilib ki, şirkət F-135-PW-100 mühərriklərinin satışını təsdiqləyib. Açıqlamada satışın təsdiqlənməsi ilə bağlı ABŞ Konqresinə bildiriş göndərildiyi də vurğulanıb.
Mümkün satışın bölgədəki təcavüzün qarşısını alacağı, Cənubi Koreyanın hazırkı və gələcək təhdidlərə qarşı durma qabiliyyətini artıracağı bildirilib.
//Safura Bənnayeva, Editor.az

