ABŞ: Çin Rusiya ilə müdafiə sahəsində əməkdaşlığı davam etdirərsə, ona qarşı əlavə tədbirlər tətbiq olunacaqbackend

ABŞ: Çin Rusiya ilə müdafiə sahəsində əməkdaşlığı davam etdirərsə, ona qarşı əlavə tədbirlər tətbiq olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiya ilə müdafiə sənayesində əməkdaşlığı davam etdirəcəyi təqdirdə Çinə qarşı əlavə tədbirlər görəcəklərini bildirib.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel mətbuat konfransında bildirib. ABŞ Rusiya ilə hərbi sənaye sahəsində əməkdaşlığı davam etdirəcəyi təqdirdə Çinə qarşı əlavə məhdudlaşdırıcı tədbirlər görəcək. “Çin Rusiyanı və onun Ukraynaya qarşı təcavüzünü dəstəkləməyə davam edərsə, biz əlavə tədbirlər görməyə hazırıq”, – Patel bildirib.

Vaşinqtonun Çin Xalq Respublikasının Rusiyanın müdafiə sənayesinin inkişafında oynadığı mühüm rolu problem kimi qiymətləndirdiyini vurğulayan Patel ABŞ-ın bu sahəni izləməyə davam edəcəyini və “lazımi addımları atacağını” qeyd edib.

//Gülnarə Abasova, Editor.az