ABŞ hökuməti Çində çalışan Amerika hökumət işçilərinə və onların ailə üzvlərinə Çin vətəndaşları ilə romantik münasibət qurmağı qadağan edib.
Editor.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Associated Press” (AP) məlumat yayıb. Agentliyin məlumatına görə, bu qanunun məhdud variantı 2024-cü ilin yayında qəbul edilib. O, ABŞ səfirliyi və Çindəki 5 konsulluğun amerikalı mühafizəçiləri və digər xidmət personalı tərəfindən Çin vətəndaşları ilə “romantik və cinsi əlaqə”ni qadağan edib. Cari versiya yanvar ayında ABŞ-ın Çindəki səfiri Nikolas Berns tərəfindən təqdim olunub
Yeni siyasət Pekindəki səfirlik və Quançjou, Şanxay, Şenyan və Vuhandakı konsulluqlar, habelə ABŞ-ın Honq-Konqdakı konsulluğu da daxil olmaqla materik Çindəki nümayəndəliklərinə şamil edilir. Qadağa Çindən kənarda yerləşən ABŞ personalına və ya qadağadan əvvəl Çin vətəndaşı ilə əlaqəsi olan dövlət işçilərinə şamil edilmir. Sonuncular icazə üçün müraciət edə bilər. Əgər rədd edilirsə, o zaman ya əlaqəni kəsməli, ya da mövqeyini tərk etməli olacaqlar.
//Samir Qurbanov, Editor.az