ABŞ Çinə Rusiyaya silah satışının nəticələri barədə xəbərdarlıq edibbackend

ABŞ Çinə Rusiyaya silah satışının nəticələri barədə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çindən Rusiyaya silah ötürülməsi Ukrayna xalqı üçün faciəvi nəticələrə səbəb olacaq. Belə bir addım eyni zamanda, Səmavi İmperatorluğun imicinə zərbə olacaq və Pekinin müharibədə neytral mövqe tutması ilə bağlı əvvəlki bəyanatlarının saxtalığını göstərəcək”.

Editor.az “Ukrinform” a istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonda keçirdiyi brifinqdə oxşar bəyanatla çıxış edib.

“Ukraynada istifadə üçün ÇXR-in Rusiyaya hər hansı ölümcül yardımı hər şeydən əvvəl Ukrayna xalqı üçün potensial olaraq dəhşətli və faciəvi nəticələrə səbəb olacaq addımdır”. Prays həmçinin bildirib ki, bu, dünya ölkələrinə Çinin bu müharibədə tərəf tutmaması ilə bağlı iddialarının yalan olduğuna dair çox açıq bir siqnal olacaq. Çinlilər cavab verməli olacaqlar ki, niyə belə bir mövqe ilə təcavüzkara ölümcül hərbi yardım göstərdilər. ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, artıq müxtəlif ölkələr Pekinin Moskvanı siyasi, diplomatik və ritorik baxımdan niyə dəstəklədiyini sorğulayır.

//Gülnarə Abasova, Editor.az